Türkiyədən Suriyaya ÇAĞIRIŞ: “Nəzarətə götürülməlidir”backend

Türkiyədən Suriyaya ÇAĞIRIŞ: "Nəzarətə götürülməlidir"

Türkiyə Suriyanın yeni administrasiyasını köçkünlərin və həbs edilən İŞİD terrorçularının yerləşdiyi düşərgələri nəzarətə götürməyə çağırıb.

KONKRET.az xəbər verir ki, Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

“Türkiyə yeni administrasiyanın terrorla mübarizə əzmini yüksək qiymətləndirir və bu istiqamətdə Suriya ilə əməkdaşlığa hazırdır”.
Suriyanın təbii sərvətlərinin, xüsusilə neft və qazının istismarına son qoyulmasına çağıran Yıldız bu qaynaqların ölkənin yenidənqurulmasında istifadə ediləcəyini bildirib.

Yıldız vurğulayıb ki, terror qruplaşmalarının tərkibindəki xarici ünsürlər Suriyadan çıxarılmalı və PKK/YPG üzvləri silahı yerə qoymalıdır:

“Suriyanın şimal-şərqindəki terror təşkilatları İŞİD düşərgələrindən və həbsxanalarından öz varlıqlarına haqq qazandırmaq üçün təbliğat məqsədilə istifadə edirlər. Bu düşərgələrin və həbsxanaların təhlükəsizliyini yeni administrasiyaya təhvil verməyin vaxtıdır”.

O, Türkiyənin Suriyaya düşərgə və həbsxanalar üzərində nəzarətin yaradılmasında dəstək verməyə hazır olduğunu bildirib və beynəlxalq ictimaiyyəti həbsdə olan İŞİD üzvlərinin öz ölkələrinə qaytarılmasına yardım etməyə çağırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*