Türkiyəli müğənninin tətili xəstəxanada bitdi – FOTObackend

Türkiyəli müğənninin tətili xəstəxanada bitdi - FOTO

Türkiyəli müğənni İrem Derici xəstəxanaya yerləşdirilib. Bir müddətdir Çeşmədə dincələn müğənni Dərya Uluğun konsertində kondisioner səbəbindən soyuqlayıb.

KONKRET.az xəbər verir ki, o bu barədə “Instagram” hesabında bildirib:

“Xəstəxanaya gedirəm. Səsim çıxmır. Boğazım, qulaqlarım ağrıyır”.

Müğənniyə sistem taxılsa da o, səbir etməyərək qolundakı iynə ilə birlikdə Çeşmədə kirayə tutduğu bağ evinə gedib.

İ.Derici vəziyyətinin yaxşı olduğunu deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*