Türkiyəli nazir İlham Əliyevlə şəklini paylaşdı – Şərhlərdə “Çavuşoğlu hansıdır?” yazdılar – FOTObackend

Türkiyəli nazir İlham Əliyevlə şəklini paylaşdı - Şərhlərdə "Çavuşoğlu hansıdır?" yazdılar - FOTO

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

KONKRET.AZ “Report”a istinadla xəbər verir ki, nazir bundan qürur duyduğunu bildirib.

“Hörmətli Prezident İlham Əliyevin əlindən “Dostluq” ordenini almaqdan şərəf və qürur duydum”, – o vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*