Gecə saatlarında İraqın Mosul şəhərinin şimal-şərqindəki Əl-Hədba rayonunda Türkiyənin Mosuldakı Baş Konsulluğu binası yaxınlığında iki raket düşüb.
KONKRET.az İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində insan tələfatı olmasa da, ətrafdakı binalara və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə şahidlərinin sözlərinə görə, bir çox ailələr evlərini tərk etmək məcburiyyətində qalıblar.
Konsulluqdan İraq mətbuatına verilən açıqlamada işçilərinin zərər çəkmədiyi bildirilib.
İqbal Rzayev,
KONKRET.az
