Türkiyənin Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
KONKRET.az xəbər verir ki, nazirlik bununla bağlı Tvitterdə paylaşım edib.
Paylaşımda deyilir:
“Azərbaycan-Ermənistan sərhədindəki toqquşmada şəhid olan qəhrəman əsgərlərə rəhmət, yaralılara şəfa diləyirik, Azərbaycan xalqına başsağlığı veririk”.
