ABŞ, Kanada və Hollandiyanın səfirlikləri geri addım atıb.
KONKRET.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 səfiri “person non qrata” elan edəcəyi ilə hədələməsindən sonra üç ölkənin diplomatik nümayəndəlikləri Türkiyənin daxili işlərinə qarışmayacaqlırını bildiriblər.
Belə ki, ABŞ, Kanada və Hollandiyanın Ankaradakı səfirlikləri Türkiyə Respublikasının qanunlarına hörmət etmək və onun daxili işlərinə qarışmamaq niyyətindədir,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Kanada da daxil olmaqla səfirliklərin Türkiyə rəhbərliyinin qanun və qərarlarına hörmətlə yanaşmaq niyyətləri barədə bəyanatını alqışlayıb.
“Prezident Ərdoğan ABŞ səfirliyinin və digər diplomatik nümayəndəliklərin bəyanatlarına müsbət reaksiya verib”, – Prezident Administrasiyadan bildirilib.
Xuraman Etibarlı
KONKRET.az
