Türkiyənin Turan ideyası Rusiyanı ciddi şəkildə narahat edir – Proseslərdə Böyük Britaniya izi – SENSASİYAbackend

Türkiyənin Turan ideyası Rusiyanı ciddi şəkildə narahat edir - Proseslərdə Böyük Britaniya izi - SENSASİYA

Bütün ruslar kimi, mən də Türkiyənin Rusiyaya qarşı siyasətinin aqressivliyindən narahatam. Və bu səbəbdən mövcud regional vəziyyəti ciddi müzakirəyə çıxarıram, bütün detallarla maraqlanıram, regionda baş verənləri ən xırda elementlərinə qədər izləyirəm.

Bəli, qarşıma Böyük Turan ideologiyası və bu arzuya addım-adım yaxınlaşan Türkiyəni görürəm.

Böyük Turan nədir? Həmişə bu fikrin Ərdoğanın özü tərəfindən “doğulduğunu” düşünürdüm.

Lakin səhv düşünürmüşəm. Turanın tamamilə fərqli bir “baba”sı olduğu və eyni zamanda Sultanın sevimli “ögey oğlu” olduğu ortaya çıxdı. “Həqiqi” baba “Böyük Britaniyanın MI6 kəşfiyyatının başçısıdır. Baş nazir Ərdoğan dövründən bəri “onunla dost” olan cənab Riçard Mur. Rusiya ilə İngiltərə arasındakı münasibətlərin tarixini xatırlayırsınızsa, onda diqqət edin ki, münasibətlərdə heç vaxt “parlaq” ləkələr olmayıb. Lakin ingiltərə hər zaman Rusiyanı bir dövlət olaraq məhv etməyə çalışıb.

İngiltərə daima liderliyə can atan Türkiyə ilə əməkdaşlığa meyl edib. Bu gün isə biz proseslərin aktiv məcrada getdiyini görürük. Biz Rusiya ilə bu müharibələrin necə sona çatdığını bilirik. Onu da bilirik ki, Rusiyaya nifrət hələ də qalır. Türkiyənin də dünyaya özünü xatırlatmağa qərar verən imperialist hissləri var. Bu baxımdan Riçard Mur “Böyük Turan” yaratmaq fikrini inkişaf etdirir və bu ideyanı Murun rəhbərliyi altında praktik olaraq reallaşdıran iddialı Ərdoğana təqdim edib.

SSRİ-nin dağılmasından cəmi 1,5 il sonra xanım Tetçer özü Azərbaycana gəldi. Oğlu və Şahzadə Andre də ora getdilər. Bu faktları siz keçmiş SSRİ ərazisində başqa ölkələrlə müqayisədə gördünüzmü?

Digər bir fakt. 2015-ci ildə Böyük Britaniyanın neft şirkətlərinin Azərbaycan hökuməti tərəfindən dəstəklənməsi üçün İngiltərənin xüsusi proqramı həyata keçdi. Bu şirkətlərin sayı 2017-ci ilə qədər 500-ə çatdı. “British Petroleum” hazırda Azərbaycanın ən böyük sərmayəçisidir “və Azərbaycanın neft yataqlarının 50% -dən çoxuna nəzarət edir. Azərbaycan Avropaya boru kəmərləri çəkmək üçün pulu haradan tapdı? Təxmin edin.

Digər tərəfdən MI6 Türkiyəyə dediyimiz kimi böyük önəm verir. Odur ki, bu ölkə müsəlmanların güclü bir müdafiəçisi rolunu uğurla oynayır.

Meydana Paşinyanın gəlməsi bu baxımdan təsadüfi deyildi. Bəli, Paşinyanın önəmli vəzifəsi Qarabağı Azərbaycana təslim etmək idi və bu, demək olar ki, alınmadı … Və yenə Rusiya yersiz şəkildə müdaxilə etdi.

İndi Helikopterin vurulması zamanı pilotlarımızın ölümünü xatırlayaq. Onların ölümlərini təşkil edənlərin düşüncəsi istər-istəməz özünü göstərir. Hesab edirəm ki, üzr istəməli olan Azərbaycan deyildi.

Yaxşı, indi ümumiləşdirməyə çalışa bilərik. Ermənistan cəmiyyətinin hesab etdiyi kimi Rusiya bu ölkəyə xəyanət etmədi, əksinə erməniləri lazımi anda həmişəki kimi müdafiə etdi.

İngiltərənin bağlı olduğu Azərbaycana isə hər hansı bir məsləhət vermək çətindir. Onların məsləhətə heç ehtiyacı da yoxdur. Türkiyə onsuz da həm sözdə, həm də əməldə Azərbaycana kömək edəcəkdir.

İngiltərənin gizli dəstəyi ilə türklərə Cənubi Qafqazda möhkəmlənmək imkanı verildi. Turan ideyası xüsusi qayğı ilə bəslənir və sürətlə böyüməsinə rəvac verilir. Ərdoğanın həddindən artıq müstəqil olması bu baxımdan anlaşılandır.

Başqa vacib məqamları da xatırlamaq lazımdır. Çini Orta Asiyadan çıxarmaq istəyi güclənib. Anlamaq üçün kiçik bir istinad verəcəyəm. Çinin borc verdiyi Orta Asiya ölkələri: Qazaxıstan – 11 milyard dollar; Özbəkistan – 3 milyard dollardan çox; Qırğızıstan – 1,7 milyard dollar; Türkmənistan – 12 milyard dollar. Tatarıstan, Başqırdıstan … Və ruslar bu barədə ciddi düşünməlidirlər.

Viktor Şelestovski,

Tərcümə: KONKRET.az-ındır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*