Türkiyənin Uruqvaydakı səfiri Hüseyin Müftüoğlu xarici işlər naziri Mövlud Çavuşoğlunun jestinə görə bu ölkənin Xarici işlər nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Qəzetin yazdığına görə, Çavuşoğlu onun səfərinə etiraz edən erməni diasporunun aksiya keçirdiyi ərazidən ötərkən onlara “Boz qurd” işarəsi göstərib. Bu da yerli ermənilərin qəzəbinə səbəb olub.
Qeyd edək ki, Çavuşoğlu Montevideoya səfəri çərçivəsində Türkiyənin səfirliyinin açılışında iştirak edib və bir sıra görüşlər keçirib. /APA