Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda iri obyektlərin tikintisini yoxlayıb. KONKRET.az-ın Orta Asiya bürosu xəbər xəbər verir ki, dövlət başçısını paytaxtın hakimi Şamuhammet Durdılyev, Sənayeçilər və Sahibkarlar İttifaqı sədrinin müavini Dövran Xudayberdiev və Fransanın “Bouygues” şirkətinin nümayəndəsi müşayiət edib.
Berdıməhəmmədova Türkmənistanın bitərəfliyinin 25 illiyi şərəfinə 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan obyektlərin layihələri təqdim edilib. Bunların arasında Türkmən Alabayının heykəli də var.
Prezidentə məlumat verilib ki, on altı mərtəbəli on altı bina Məhtumqulu prospekti boyunca Taslama və Tehranskaya küçələri arasındakı hissədə tikiləcək.