“Rusiya və NATO arasında Şərqi Avropada və Qara dənizdə hərbi-siyasi vəziyyət gərginləşir. NATO Polşada, Bribaltikada və Qara dənizdə hərbi birliklərini artırır. ABŞ başda olmaqla NATO-nun soyuq müharibədən sonra Şərqi Avropada və Qara dənizdə bu qədər hərbi birliklər yerləşdirməsi əsasən, Rusiyanın Belarus ərazisindən Polaşaya və Ukaryanaya qarşı aqresiyyasının qarşısını almaq məqsədi daşıyır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib.
Rusiya NATO-dan çəkinib, Ukraynaya qarşı genişmiqyaslı müharibədən vaz keçə bilərmi?
Məhəmməd Əsdullazadə hesab edir ki, qarşısında yeni bir güc görən Rusiya çalışacaq ki, Ukrayna cəbhəsində toqquşmalardan çəkinsin: “ABŞ-ın Yunanıstan adalarına çıxardığı hərbi birliklər və Qara dənizdəki hərbi qüvvələr sabah Ukrayna ərazisində peyda ola bilər. Ona görə də 2014-cü ildən fərqli olaraq Rusiyanın qarşısında real güc dayanıb. NATO və ABŞ-ı Rusiya ətrafında yeni birliklər yığıb, Ukraynanı lokal əməliyyatlara sövq etmək istəyi həm də, Qarabağ müharibəsindən qaynaqlanır. Çünki, ABŞ və Qərb 30 ildir ki, münaqişənin həllində Rusiya faktorunu qabardaraq prosesdən kənar dayandı. Türkiyə və Azərbaycan tandemi Rusiyanı Qarabağ məsələsində reallıqla barışdırdı. Bu da Qərbdə Ukraynaya real dəstək verilməsini labüd edir”.

Politoloqun sözlərinə görə, bir neçə aydır ki, Donbasda lokal hərbi əməliyyatlar keçirilir: “Ukrayna ordusu separtaçılara zərbələr vurur. Bir neçə yaşayış məskənini azad edib. Yaranan böhran fonunda Rusiya Türkiyə vasitəsi ilə danışıqlara hazır olduğunu bildirir. Türkiyənin vasitəçilyi isə, Ukraynın ərazi bütövlüyünün təmininə hesablanacaq. Türkiyənin burada nə qədər təsirli bir vasitəçi olması sual doğurur. Çünki, Ukrayna məsələsi geopolitik qarşıdurmadır və burada hərbi əməliyyatlar labüd görünür. Ukraynanın isə, hərbi əməliyyatlara siyasi və hərbi gücü imkan verəcək. Təbii ki, ABŞ və NATO da prosesdə yer ala bilər. Azərbaycan Ukraynın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin həllində Kiyevin yanında yer aldığını daima bəyan edib”.
Müşviq Tofiqoğlu
KONKRET.az
