Rusiya ordusu əsas qüvvələrini Kiyev, Xarkov, Çerniqov, Sumı və Nikolayev şəhərlərinin mühasirəsinə yönləndirib. Rusiya qoşunları Kiyevə hücum üçün resursların toplanmasına başlayıb.
KONKRET.az Pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahından məlumat verilib.
Bildirilir ki, Ukrayna ordusu tərəfindən Çuquyev şəhəri rusiyalı hərbçilərdən təmizlənib.
Döyüşlər zamanı Rusiyanın 61-ci dəniz piyadaları briqadasının komandiri polkovnik-leytenant Dmitri Safronov və Hava Desant Qoşunlarının 11-ci desant hücum briqadasının komandanının müavini polkovnik-leytenant Denis Qlebovun öldürüldüyü bildirilib.
