Ukrayna ordusu ələ keçirilən Rusiya hərbi texnikalarının görüntülərini yaydı – VİDEO – ÖZƏLbackend

Ukrayna ordusu ələ keçirilən Rusiya hərbi texnikalarının görüntülərini yaydı - VİDEO - ÖZƏL

Ukrayna artıq on gündür ki, rus işğalçıları ilə müharibə aparır. Ukrayna ordusu təslim olmur və düşmənlə mübarizəni davam etdirir. Əldə edilən hərbi qənimətlər haqda yerli mediada və sosial şəbəkələrdə görüntülər paylaşılır.

KONKRET.az xəbər verir ki, əldə edilən hərbi qənimətlər haqda görüntülər “Allahın könüllüləri” adlı Telegram-kanalında nümayiş etdirilir. Rusiyaya məxsus növbəti hərbi texnika Baştank yaxınlığında ələ keçirilib. Belə ki, könüllülər Rusiyaya məxsus “Armor 1” texnikasının görüntülərini paylaşıblar.

“Armor 1” quruda və dənizdə özüyeriyən zenit-raket və artilleriya sistemidir. Kompleks SSRİ və Rusiyanın müdafiə-sənaye kompleksinin bir sıra strukturları tərəfindən işlənib hazırlanıb.

Ukrayna Milli Polisi bildirib ki, Jitomir vilayətinin Müdafiə Qüvvələri Rusiyaya məxsus “9M113 Konkurs-M” tank əleyhinə idarə olunan raketlərlə dolu yük maşınını da ələ keçirib.

ЗСУ похвалилися новими трофеями військової техніки окупантів (фото)

ЗСУ похвалилися новими трофеями військової техніки окупантів (фото)

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*