Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin bərpası məsələləri üzrə rəhbəri İrina Vereşçuk dünya liderlərinə müraciət edib.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, o, ölkədə humanitar dəhlizlərin açılması üçün kömək istəyib.
“Liderlərə müraciət edirəm: Emmanuel Makron, Boris Conson, Cozef Bayden… Xahiş edirəm, yüz minlərlə insanın, o cümlədən xarici vətəndaşların həyatını xilas edəcək real effektiv humanitar dəhlizlərin açılmasına kömək edin”, – İrina Vereşçuk qeyd edib.
O həmçinin əhalini saxta xəbərlərə inanmamağa çağırıb: “Humanitar dəhlizlərin açılması barədə əvvəlcədən xalqa məlumat veriləcək”.
