Ukrayna Rusiya ilə diplomatik əlaqələri KƏSDİ – Əli silah tutan hər kəsi MÜHARİBƏYƏ ÇAĞIRDIbackend

Ukrayna Rusiya ilə diplomatik əlaqələri KƏSDİ - Əli silah tutan hər kəsi MÜHARİBƏYƏ ÇAĞIRDI

Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsdi.

KONKRET.az xəbər verir ki, bu dəqiqələrdə Ukrayna Prezidenti Vladimir Zelenski brifinq keçirir. Zelenski brifinqdə Rusiyanın Ukraynaya şimaldan, cənubdan, şərqdən, göydən hücum edildiyini deyərək, ölkə vətəndaşlarına müraciət edib.

“Ukrayna əsgərləri Donbasda şiddətli döyüşlərdə vuruşurlar. Əli silah tutan, vətəni müdafiə etməyə hazır olan hər bir kəsə müraciət edirəm. Artıq silahlar  paylanılır və torpağımızı qorumaq istəyən hər kəsə veriləcək”.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsib və rusları müharibəyə qarşı mitinqlərə çıxmağa çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*