Ukrayna səfiri Azərbaycana təşəkkür etdibackend

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

“Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, bütün Azərbaycan xalqına belə ağır dövrdə Ukraynaya yardım göstərdiyinə görə təşəkkürümü bildirirəm”.

KONKRET.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

O deyib ki, göndərilən humanitar yardım hazırda atəş altında qalan yüzlərlə dinc sakinin həyatını xilas edəcək.

Həmçinin səfir Azərbaycan jurnalistlərinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*