“Ukrayna Silahlı Qüvvələri Donbassa kütləvi zərbələr endirməyə hazırlaşır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu tanınmamış Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin bildirib.
Puşilinin sözlərinə görə, onlar “Qradlar”dan Donbasın bəzi şəhərlərinə kütləvi zərbələr endirməyə hazırlaşırlar. Puşilin insanları sığınacaqlarda gizlənməyə çağırıb.
“Kəşfiyyatın məlumatına görə, Ukrayna silahlı birləşmələri yaxın vaxtlarda Kramatorsk, Slavyansk, Artemovsk, Mariupol və Donbasın digər yaşayış məntəqələrinə “Qradlar” və digər ağır silahlardan kütləvi hücumlar həyata keçirməyi planlaşdırır”. – deyə DXR rəhbəri əlavə edib.
Puşilin burada məqsədin Rusiya ordusunu gözdən salmaq olduğunu dilə gətirib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
