Slovakiya sovet dövründən qalma MiQ qırıcıları donanmasını Ukraynaya verməyi düşünür.
KONKRET.az xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad britaniyalı həmkarı Ben Uolleslə görüşündə deyib.
“Biz 11 MiQ-29 qırıcısının avqustun sonuna kimi istismardan çıxarılması ehtimalından sonra onların gələcəyini müzakirə edə bilərik”, – deyə nazir bildirib.
Qeyd edək ki, Slovakiya “MiQ-29”larını əvəz etmək məqsədilə 14 ədəd ABŞ istehsalı “F-16 Block 70/72” döyüş təyyarəsi almaq üçün müqavilə imzalayıb. Həmin təyyarələrin tədarükü 2 il gecikdirilib və 2024-cü ilə qədər təxirə salınıb.
Slovakiya müharibə başlayandan Ukraynanı ağır silahlarla təmin edir. Bura sovet dövründən qalma “S-300” hava hücumundan müdafiə sistemi, hərbi helikopterlər və minlərlə “Qrad” tipli reaktiv yaylım atəşi sistemləri daxildir. Bundan başqa, rəsmi Bratislava Ukraynaya çoxlu sayda özüyeriyən haubitsalar satıb.
(Musavat.com)
