Ukrayna üçün canfəşanlıq edən Qərb Qarabağla bağlı niyə 30 il susdu? – ƏTRAFLIbackend

Ukrayna üçün canfəşanlıq edən Qərb Qarabağla bağlı niyə 30 il susdu? - ƏTRAFLI

Rusiyanın Ukraynaya təcavüzü bütün Qərb dövlətlərini birləşdirdi. Bu gün işğalçı Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edilir. Həmin sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vurmaqla yanaşı işğalçı Ukraynanın haqlı mübarizəsini dəstəkləyir. Lakin təəssüf ki, 30 il əvvəl Ermənistan Azərbaycanın torpaqlarını işğal edərkən Qərb bu məsələyə heç bir mövqe bildirmədi.

Bəs, görəsən, bunun səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Ukraynanın mövqeyi bəllidir:

“Ukrayna xalqı demokratik seçki keçirərək Volodimir Zelenskini prezident seçib. Onlar qərbə yönəldiyini açıq şəkildə bildirir və Avropa İttifaqına və NATO-ya üzv seçilmək istəyir. Eyni zamanda Rusiyaya qarşı kəskin tənqidi mövqedə dayanıb. Lakin o dövrdə Azərbaycanda vəziyyət tamamilə fərqli idi. 90-cı illərdə Azərbaycanda rusiyapərəst, mürtəce siyasi hakimiyyət var idi. Rusiyadan asılı idik, demokratik islahatlardan söhbət gedə bilməzdi. Müxalifət isə yırtıcı və barbar şüarlar irəli sürürdü. Qərb bütün bunları görür və başa düşürdü. Ona görə də, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanı dəstəkləyən, onu müdafiə edən olmadı”.

Politoloqun fikrincə Qərb 150 ildən artıq bir dövrüdür ki, ermənilərdən öz xeyrinə istifadə edir:

“Vaxtilə erməni kartından Osmanlı imperiyasına qarşı istifadə edilmişdi. Bu mənada ermənilər Qərbə Azərbaycandan “bir köynək” daha yaxın olub. O dövrdə dünyada Azərbaycan diasporu, ümumiyyətlə, yox idi. Bütün bunları nəzərə alan dünya dövlətləri öz siyasi xeyir meyarlarını əxlaqdan, ədalətdən, beynəlxalq hüquqdan üstün tutdu”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*