“Bu gündən etibarən ölkənin şərqində yardımların çatdırılması və getmək istəyənlərin keçidini asanlaşdırmaq üçün 7 ayrı humanitar dəhliz açılacaq”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşuk bildirib.
Nazir müavini Mariupol, Berdyansk və Tokmakdan Zaporojyedə 3, Severodnetsk, Lisiçansk, Popasna və Girskedən Bəhmut şəhərinə qədər 4 ayrı dəhlizin açılacağını qeyd edib.
Digər tərəfdən Vereşuk bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə 22 avtobus Berdyansk-Zaporojiye marşrutu üzrə təyin olunmuş bölgələrdən yola düşəcək.
İqbal Rzayev,
KONKRET.az
