Müharibə zaporojyeli jurnalist, Afisha.zp və misto.zp.ua saytlarının baş redaktoru Oleq Yakuninin həyatına son qoydu.
KONKRET.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Yelena Yakunina özünün Facebook səhifəsində məlumat verib.
“Hörmətli ictimaiyyət, sizdən 2022-ci il martın 18-də döyüş meydanında bizi lənətlənmiş işğalçılardan qoruyaraq həlak olmuş Oleq İvanoviç Yakuninin xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm”, – deyə o yazıb.
Jurnalisitin həyat yoldaşı qeyd edib ki, Oleq ayın 16-da söz verib ki, mütləq sağ-salamat qayıdacaq və qızını dənizə aparıb ona üzməyi öyrədəcək.

Rəsmiyyə Şərifova,
KONKRET.az
