Ukraynada deputat casusluqda şübhəli bilinərək SAXLANILDI – FOTO/VİDEO + ÖZƏLbackend

Ukraynada deputat casusluqda şübhəli bilinərək SAXLANILDI - FOTO/VİDEO + ÖZƏL

Ukrayna Ali Radanın deputatı Nestor Şufriç casusluqda şübhəli bilinərək saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə beşinci prezidentin keçmiş müşaviri Yuri Biryukov Facebook-da məlumat verib. O bildirib ki, deputat Kiyevdə “qoşunların hərəkətinin şəkillərini çəkdiyinə və mayaklar qurduğuna” görə tutulub. Ərazi müdafiə döyüşçüləri də deputatın icazəsiz hərbi obyektləri lentə aldığını təsdiq edib.

Şufriç lentlə bağlanaraq SBU-ya təhvil verilib.

Qeyd edək ki, Nestor Şufriç “Həyat Naminə Müxalifət Platforması”nın rusiyapərəst xalq deputatıdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*