Ukraynadakı yaralı vətəndaşlarımızla bağlı XİN-dən AÇIQLAMAbackend

Ukraynadakı yaralı vətəndaşlarımızla bağlı XİN-dən AÇIQLAMA

Ukraynanın Xarkov şəhərində Azərbaycan vətəndaşlarının yaralı halda köməksiz qalması barədə məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi açıqlama verib.

Belə ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva BakuPost.az-a bildirib ki, hələlik onların təxliyəsi mümkün deyil:

“Yaralı vəziyyətdə insanların təxliyəsi mümkün deyil və həyati risk məsələsi var. Onlar birinci növbədə sağalmalıdırlar ki, sonrakı mərhələdə təxliyə prosesinə baxılsın. Onların bu cür təxliyəsində böyük risk var. Xahiş olunur ki, onlar səbirlə müalicələrini başa çatdırsınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*