“Ukraynadan Aİ-yə 5 milyon qaçqın gələcəyindən qorxuruq” – Borrelbackend

“Ukraynadan Aİ-yə 5 milyon qaçqın gələcəyindən qorxuruq” - Borrel

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Ukraynadakı vəziyyətə görə 5 milyona qədər qaçqın olacağını proqnozlaşdırıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Aİ ölkələrinin inkişaf nazirlərinin Fransada keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.

“Bu, böyük humanitar problem yaradıb. Hazırda Ukraynadan Aİ-yə gedən qaçqınların sayı artıq 1,5 milyonu ötüb. Bu rəqəmlər sürətlə artır və biz onların sayının təxminən 5 milyon nəfərə çata biləcəyindən qorxuruq”, – Borrel qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*