Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən şəxs ÖLDÜRÜLDÜ – FOTObackend

Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən şəxs ÖLDÜRÜLDÜ - FOTO

Media Qomeldə Rusiya Federasiyası ilə ilk Ukrayna danışıqları nümayəndə heyətinin üzvü Denis Kireyevin Kiyevdə qətlə yetirilməsi ilə bağlı xəbər yayıb.

KONKRET.az-ın məlumatına görə, “Ukrayinska Pravda” güc blokunda və siyasi dairələrdə yüksək rütbəli həmsöhbətlərinə istinadən yazır ki, o, dövlətə xəyanətdə şübhəli bilinir.

Əvvəlcə bu hadisəni deputatı Aleksandr Dubinski və “Obozrevatel” nəşri bildirib.

Siyasi dairələrdəki həmsöhbətlərin fikrincə, “Təhlükəsizlik Xidmətində telefon danışıqları da daxil olmaqla, Kireyevin xəyanətinə dair aydın sübutlar var idi”.

Medianın məlumatına görə, o, həbs zamanı SBU tərəfindən öldürülüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*