Almaniya Silahlı Qüvvələri Bundesverin anbarlarında Ukraynaya verilə biləcək silahlar tükənib. Bununla belə, dövlətin sənayesi ukraynalı müdafiəçiləri təmin etməyə davam edəcək.
KONKRET.az xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Kristina Lambrext “Augsburger Allgemeine” portalına verdiyi son müsahibəsində deyib.
Jurnalist rəsmidən Almaniyanın NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynaya silahla daha çox kömək etmək çağırışına əməl edib-etməyəcəyini soruşub.
- Lambrext belə cavab verib: “Əlbəttə, biz hamımız Ukraynanı cəsarətli mübarizəsində dəstəkləməyə çağırılmışıq. Bununla belə, dürüst olmalı və deməliyəm ki, Bundesver ehtiyatlarından tədarükdə limitə çatmışıq. Almaniya qoşunları ölkənin və NATO ittifaqının müdafiəsinə zəmanət vermək iqtidarında olmalıdır”.
Lambrext şərhində Almaniyanın Ukrayna üçün daha çox şey etməyə çalışacağını vurğulayıb. İndi ölkə sənayesinin hansı tədarükləri birbaşa təmin edə biləcəyi müzakirə olunur. Müdafiə naziri bu məsələ ilə bağlı təfərrüatları bölüşməyib.
Xatırladaq ki, cari həftə ərzində 100-ə yaxın yüksək texnologiyalı tankın Ukraynaya təhvil verilməsi ilə bağlı qərarın veriləcəyi gözlənilirdi.
Lakin Politico-ya görə, Almaniya kansleri Olaf Şolz tədarükləri gecikdirir.
Xuraman Etibarlı,
KONKRET.az

Yalan, Almanya qaşla göz arasında silah istehsal edən ölkədir, dünyada silah tükənsə Almanyada tükənməz