Ukraynanın cənubuna “Oniks” raketləri ilə zərbələr endirildibackend

Ukraynanın cənubuna "Oniks" raketləri ilə zərbələr endirildi

Rusiya silahlı qüvvələri yüksək dəqiqlikli “Oniks” qanadlı raketləri ilə Ukraynanın cənubunda Nikolayev vilayətindəki yanacaq bazasına zərbələr endirib.

KONKRET.az-ın məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Martın 25-i gün ərzində “Kalibr” yüksək dəqiqlikli dəniz əsaslı qanadlı raketləri Jitomir vilayətinin Velikie Korovnitsı kəndi yaxınlığındakı sursat və silah anbarını məhv edib”, – deyə Konaşenkov vurğulayıb.

Rusiya MN sözçüsü yüksək dəqiqlikli “Oniks” qanadlı raketləri ilə Ukraynanın cənubundakı Silahlı Qüvvələri qruplaşmasının yanacaqla təmin olunduğu Nikolayev vilayətindəki yanacaq bazasının məhv edildiyini də bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*