“Ukraynanın qalib gələcəyinə inanıram” – Fransa XİN rəhbəribackend

"Ukraynanın qalib gələcəyinə inanıram" - Fransa XİN rəhbəri

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə inandığını bildirib.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, o, bu fikri “France 5” telekanalının efirində səsləndirib.

“İnanıram ki, Ukrayna qalib gələcək. Ən çox diqqətçəkən məqam təsəvvür edilməyəcək qədər müqavimətin göstərilməsidir”,- o qeyd edib.

Nazir vurğulayıb ki, müharibə Rusiyaya baha başa gələcək və Putin ağır nəticələrlə üzləşəcək: “Əminəm ki, uzunmüddətli sanksiyalar Putini çəkindirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*