“Ukraynaya müasir raket sistemləri verilsə, Kreml yeni hədəfləri vuracaq” – Putindən Qərbə SƏRT MESAJbackend

“Ukraynaya müasir raket sistemləri verilsə, Kreml yeni hədəfləri vuracaq” – Putindən Qərbə SƏRT MESAJ

“Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın Ukraynaya çoxsaylı raket sistemləri (MLRS) tədarükü ilə bağlı qərarına məhəl qoymaması səbəbsiz deyil. Rusiya lideri açıq şəkildə bildirib ki, Moskva Vaşinqtonun belə təhlükəli avantürasına sərt cavab vermək niyyətindədir”.

KONKRET.az xəbər verir ki, bu qənaətə Çinin “Global Times” xəbər agentliyinin jurnalistləri gəlib. Məqalə müəllifləri Vladimir Putinin sözlərini ətraflı təhlil edərək, Rusiya rəhbərinin Qərbə hansı siqnal göndərdiyini açıqlayıb.

Müəlliflər ABŞ-ın Kiyevə müasir “MLRS” artilleriya sistemlərinin ötürülməsi planlarını Moskvanın cavabsız qoymayacağını bildiriblər. “Rusiya ordusu yeni hədəflərə dəqiq zərbələr endirməklə cavab verə bilər” – deyə məqalədə qeyd olunub.

“Prezident Vladimir Putin ABŞ-a xəbərdarlıq edib ki, Ukraynaya müasir çoxillik raket sistemləri verilərsə, Kreml yeni hədəfləri vuracaq. O, qarşısına hansı məqsədləri qoyduğunu tam açıqlamayıb. Bu hədəflər həm Ukraynada, həm də xaricdə yerləşə bilər” – deyə məqalə müəllifləri izah ediblər.

“Global Times” qeyd edib ki, ABŞ və digər Qərb ölkələri Vladimir Putinin bəyanatı üzərində düşünməlidir. Rusiya prezidenti xəbərdarlıq edir ki, ABŞ hakimiyyəti Ukraynaya müasir silahlar verməklə dünya səviyyəli silahlı qarşıdurmanın və hərbi münaqişənin yaranmasına səbəb olur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*