Rusiyanın “Ural Airlines” şirkəti mart ayının sonunadək Azərbaycan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistana bütün aviareyslərini ləğv edib.
KONKRET.az xəbər verir ki, aviadaşıyıcı bu barədə “Telegram” kanalında məlumat yayıb.
Bildirilir ki, mövcud geosiyasi vəziyyətlə əlaqədar olaraq “Ural Airlines” Azərbaycan, İsrail, BƏƏ və Ermənistana martın 3-dən 26-dək bütün reysləri ləğv etmək məcburiyyətindədir.
Xatırladaq ki, bundan əvvəl aviaşirkət Avropa ölkələrinin hava məkanının bağlanması ilə əlaqədar martın 1-dən Macarıstan, İspaniya, Bolqarıstan, Kipr, Portuqaliya və Türkiyəyə uçuşların ləğv edildiyini açıqlamışdı.
