ÜST: “2030-cu ilə qədər yarım milyard insan xəstələnəcək”backend

ÜST: "2030-cu ilə qədər yarım milyard insan xəstələnəcək"

2020-2030-cu illər arasında oturaq həyat tərzi səbəbindən dünyada 500 milyondan çox insanda qarşısı alına bilən qeyri-infeksion xəstəliklər (QİX) baş verə bilər.

KONKRET.az Kommersant”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

Qeyd olunub ki, bu yeni xəstəliklərin təxminən yarısı (47%) hipertoniya, 43%-i depressiya ilə bağlı olacaq.

Təşkilatın hesablamalarına görə, xəstəliklərin müalicə xərcləri 300 milyard dolları keçəcək.

Hesabatda həmçinin bildirilib ki, fiziki fəaliyyətin vacibliyi COVID-19 pandemiyası ilə təsdiq edilib.

Qeyd edək ki, sentyabr ayında ÜST dünyada COVID-19-a yoluxma hallarının 2020-ci ilin martından bəri ən aşağı səviyyəyə enməsi və pandemiyanın yaxın gələcəkdə bitməsi barədə məlumat verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*