Ümumdünya Səhiyyə Təşkilatı 41 ölkədə koronavirusun İngiltərədə ortaya çıxan mutasiyaya uğramış növünün aşkarlandığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, təşkilatın məlumatına görə, söhbət az sayda qeydə alınan hallardan gedir.
Bundan əlavə 6 ölkədə koronavirusun Cənubi Afrikada meydana gələn mutasiyaya uğramış növü təsbit edilib.
Xatırladaq ki, keçən ilin dekabrında İngiltərədə SARS-CoV-2 koronavirusunun yeni bir mutasiyasının, daha sonra Cənubi Afrikanın Səhiyyə Nazirliyi ölkədə genetik kodu 501.V2 olan yeni bir koronavirus mutasiyasının aşkarlandığını açıqlamışdı.
