“COVID-19-a qarşı 100-dən çox peyvəndimiz var. Ancaq koronaviruslar çox aldadıcı viruslardır. Bu tip viruslara qarşı peyvənd hazırlamaq olduqca çətindir”.
KONKRET.az DHA-ya istinadən xəbər verir ki, bunu ÜST-nin sözçüsü Marqaret Harris deyib.
“ABŞ və Braziliyada epidemiyanın başlanğıcından bu yana etdiyimiz bütün xəbərdarlıqlar ciddiyə alınmayıb”, – təşkilat sözçüsü əlavə edib.
