“KTMT öz bacarığını, aktuallığını və bu təşkilatın vaxtında yaradıldığını nümayiş etdirdi”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “Rusiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramında Pavel Zarubinə eksklüziv müsahibəsində səsləndirib.
“Əgər bu vəziyyətin öhdəsindən vaxtında gəlmək mümkün olmasaydı, bu, təkcə Qazaxıstanın suverenliyinə deyil, həm də qonşu ölkələrin təhlükəsizliyinə təhdid olardı. Amma biz göstərdik ki, bu, ciddi təşkilatdır.
Nəzərə almalıdırlar ki, hər hansı başqa dövlətdə rəngli inqilab cəhdi olarsa, KTMT həmişə müdafiəyə qalxacaq. Bu, çox vacibdir”, deyə o, qeyd edib.
