Valideynlər məktəb alış-verişini yarmarkalardan edə bilərlər.
KONKRET.az xəbər verir ki, bunu bugünkü brifinqdə Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, buna görə müəyyən yarmarkalar təşkil oluna bilər:
“Valideynlər uşaqlarının tədrisi ilə bağlı alış-verişi həmin yarmarkalarda edə bilərlər. Amma bu, heç bir halda inkar etmir ki, böyük ticarət mərkəzlərinin açılması ilə əlaqədar qərarlar olmayacaq. Bu məsələ əlavə bir müzakirə mövzusudur”.
