Vaşinqtonda məktəblərdən birinin yaxınlığında atışma baş verib.
KONKRET.az-ın xəbərinə görə, bu barədə yerli polisin nümayəndəsi açıqlama verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb, tələfat yoxdur.
“Hələlik 3 zərərçəkən tapılıb. Onlardan heç biri ölməyib”, – deyə o bildirib. Polis əməkdaşı situsiyanı çox aktiv fazada olan insident kimi dəyərləndirib.
Qeyd edək ki, atışma məkanının yaxınlığında Nigeriya, Pakistan, İsrail, Banqladeş, Efiopiya və İordaniya səfirlikləri var.
