Vətən müharibəsi iştirakçısı dənizdə BATDIbackend

Vətən müharibəsi iştirakçısı dənizdə BATDI

“Sunset” çimərliyinin ərazisində 1997-ci il təvəllüdlü Cəfərzadə Pərviz Musa oğlu çimərkən batıb.

KONKRET.az xəbər verir ki, hadisə Abşeron rayonunun Novxanı ərazisində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

24 yaşlı gəncin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki. P.Cəfərzadə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunub./apa.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*