Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edildi – FOTObackend

Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edildi - FOTO

Vətən müharibəsində şəhid olan Zaqatala sakini dəfn edilib.

KONKRET.az xəbər verir ki, rayonun Yuxarı Çardaxlar kənd sakini, 1994-cü il təvəllüdlü Ramazanov Vüsal Vahid oğlu Vətən müharibəsinə könüllü yollanıb.

V.Ramazanov sonuncu dəfə oktyabrın 27-də ailəsi ilə telefon əlaqəsi yaradıb. Həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb və itkin kimi qeydiyyata alınıb. Təxminən iki aydan sonra V.Ramazanovun meyiti tapılıb. Onun Xocavəndin “Qırmızı Bazar” qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu məlum olub.

Şəhidin cənazəsi bu gün Zaqatalaya aparılaraq doğulduğu kənddə torpağa tapşırılıb.  /APA

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*