Vətəndaşlara SMS göndərildibackend

Vətəndaşlara SMS göndərildi

Vətəndaşlara müxtəlif cinayət işlərinin iştirakçısı olmaqları haqqında göndərilən və ödəniş tələb olunan SMS-lərin, elektron poçt məlumatlarının və veb səhifələrdə çıxan bildirişlərin dələduzluq əməli olduğunu bildiririk.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən vətəndaşlara göndərilən xəbərdarlıq mesajında bildirilib.

Vətəndaşlara bu cür hallarla rastlaşdıqda, linklərə daxil olmamaq, saxta veb-səhifələrdə ödəniş etməmək tövsiyə edilib. Elektron Təhlükəsizlik Xidmətindən də “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən mütəmadi olaraq sosial media hesabları və media vasitəsilə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir: “Belə ki, kiberdələduzlar tərəfindən böyük şirkətlərin və qurumların adından asan qazanc əldə etməyi vəd edən iş təklifi, saxta investisiya layihələri, saxta lotereyalar və kampaniyalar barədə mesajlar göndərilir. Bununla bağlı ETX vətəndaşlara diqqətli olmağı, şübhəli linklərə daxil olaraq öz fərdi və bank kartı məlumatlarını təqdim etməməyi tövsiyə edir”.

“Həmçinin, hər hansı qurum adından bu cür mesajlar aldıqda həmin məlumatın dəqiqliyini mesajda adıçəkilən qurumla dəqiqləşdirmək tövsiyə olunur”, – deyə bildirilib.

  • Nurani
    Noyabr 23, 2023 - 19:38

    Menimde basma gelib

  • Vefadar
    Noyabr 23, 2023 - 21:00

    Ceferov vefadar

  • Parviz
    Noyabr 25, 2023 - 07:25

    Azerbaycanda kiber cinayet edib ve vetendasa ziyan vurub gozel polis orqani bunu arasdirmir hec hadise haqda melumat bele vermir ne gozel cinayet ort bastir olunur 625 azn mene deleduzluq olunub teleqram kanalinda 13 polis bolmesine yaxili erizem daxili isler naxirliyine elektron mektublar gondermisem 102 defelerle zeng etmisem nafile bunlar baxmir sikayete CENABLAR OLKEDE KIBER CINAYET ET ELINI QOLUNU SALLAYIB GEZENLERIN OLKESI BURADI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*