Vilayət Eyvazov bu rayona yeni rəis TƏYİN ETDİbackend

Vilayət Eyvazov bu rayona yeni rəis TƏYİN ETDİ

Qusar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əliyev Ziya Fəxrəddin oğlu vəzifəsindən azad edilib.

KONKRET.az Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə, o, Nizami Rayon Polis İdarəsinə rəis təyin edilib.

Xəbəri Nizami RPİ-dən Unikal.org-a təsdiqləyiblər.

Hazırda Qusar RPŞ-də rəis vəzifəsini müvəqqəti olaraq polis polkovnik-leytenantı Hidayət Babayev icra edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*