Vladimir Putin İlham Əliyevlə Qarabağı MÜZAKİRƏ ETDİbackend

Vladimir Putin İlham Əliyevlə Qarabağı MÜZAKİRƏ ETDİ

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışğı aparıb. 

KONKRET.az xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidmətini məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini və Cənubi Qafqazdakı iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər. Dövlət başçıları Qarabağla bağlı yaradılan və ölkələrin baş nazirlərinin müavinlərinin təmsil olunduğu işçi qrupun fəaliyyətini pozitiv qiymətləndirib. Qeyd edilib ki, atəşkəs rejiminə tam riayət olunur, regionda vəziyyət stabil və sakitdir.

Putin həmçinin Ermənistan Baş naziri Nikol Paşinyanla da telefon danışığı aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*