Xaçmazda ikimərtəbəli evdə YANĞINbackend

Xaçmazda ikimərtəbəli evdə YANĞIN

Xaçmazda ikimərtəbəli evdə yanğın olub.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları, 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*