Xalq artisti: “Şuşadakı evimizi tapdım, divarlarından öpdüm” – VİDEObackend

Xalq artisti: “Şuşadakı evimizi tapdım, divarlarından öpdüm” - VİDEO

Xalq artisti Şamil Süleymanov Şuşaya səfəri ilə bağlı təəssüratlarından danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə işğaldan azad edilən ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.

Növbəti videoçarxda Xalq artisti Şamil Süleymanov fikir və düşüncələrini bölüşüb:

“Atamın yeddi yaşı olanda ailəsi ilə Cıdır düzündə bir qayanın yanında şəkil çəkdirmişdi. Biz də ailəmizlə mənim yeddi yaşım olanda o qayanın yanında şəkil çəkdirdik. Cıdır düzünə gedəndə, inanın ki, o qaya məni çağırdı. O qayanın yanında padşahlar kimi oturdum. Çünki mənim müzəffər Ali Baş Komandanım var, mən də onun əsgəriyəm. Elə də oturmalı idim: Qalib kimi”.

Xalq artisti ən böyük arzusunun Gövhər Ağa məscidində qələbə namazı qılmaq olduğunu və may ayında bu arzusunun reallaşdırdığını və Şuşada yerləşən evlərinə getdiyini də qeyd edib:

“Evimizi tapdım. Evimizin başına fırlandım, divarlarını öpdüm”.

Mövzu ilə bağlı videoçarxı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*