“Xankəndidə səs verən soydaşlarımıza yaxşı mənada paxıllıq edirik”backend

“Xankəndidə səs verən soydaşlarımıza yaxşı mənada paxıllıq edirik”

“Bu gün tarixi gün yaşadıq. Heç vaxt seçicilərin belə həvəslə iştirakını görməmişdik”.

KONKRET.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı təəssüratlarını bölüşən zaman deyib.

O, bildirib ki, Azərbaycan uzun illərdən sonra azad, suveren torpaqlarında öz gələcəyinə, layiqli prezidentinə səs verdi:

“Bizim ən böyük arzumuz belə bir gündə Xankəndidə səs vermək idi. Bu gün Xankəndidə səs verən soydaşlarımıza yaxşı mənada paxıllıq edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*