Xankəndidə su böhranı böyüyür: Ermənilər çıxılmaz durumdabackend

Xankəndidə su böhranı böyüyür: Ermənilər çıxılmaz durumda

Dağlıq Qarabağın keçmiş paytaxtı Xankəndidə su böhranı baş verib.

Bundan öncə su qıtlığı ilə əlaqədar avtomobil yuma məntəqələri və istirahət zonaları bağlanıb. İndi də yerli hakimiyyət əhalini qonşu rayonlardan Xankəndiyə su daşımağa çağırır.

KONKRET.az “Kavkazskiy uzel”-ə sitinadən bildirir ki, Əsgəran sakinlərinə belə bir çağırış edilib.

Yerli hakimiyyət orqanları buna səbəb kimi havanın çox isti olmasını göstərirlər, çünki çaylar quruyub. Eyni zamanda əhaliyə su yük maşınları ilə gətirilir.

Mənbənin məlumatına görə, yaşayış binalarına su böyük fasilələrlə və təzyiqsiz verilir, buna görə də su ikinci mərtəbədən yuxarı qalxmır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*