Xaricdə yaşayan soydaşlarımız Azərbaycana hərtərəfli dəstəklərini nümayiş etdirirlərbackend

Xaricdə yaşayan soydaşlarımız Azərbaycana hərtərəfli dəstəklərini nümayiş etdirirlər

Qəsbkar Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı 27 sentyabr hücumuna Azərbaycan Ordusunun əks-həmlə ilə cavab verərək, beynəlxalq hüquqa əsasən işğal altında olan torpaqlarımızı azad etməyə başlaması dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızda ruh yüksəkliyi yaradıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən mücadiləsi aparan Silahlı Qüvvələrimizin və Xalqımızın əsl igidlik salnaməsi  yazması, görünməmiş birlik və həmrəylik nümayiş etdirməsi xaricdə yaşayan soydaşlarımızı riqqətə gətirib. Onlar yaşadıqları ölkədə təkcə Azərbaycan həqiqətlərini çatdırmaqla, erməni yalanlarına qarşı mübarizə aparmaqla, müxtəlif aksiyalar təşkil etməklə kifayətlənmirlər. Eyni zamanda Ermənistanın bombardmanına, terror  aktlarına məruz qalan, itkilər verən, amma evlərini tərk etməyən cəbhə zonasındakı dinc sakinlərimizə və şəhid ailələrinə yardım etməyə çalışırlar.

KONKRET.az xəbər verir ki, buna nümunə olaraq Hyustonda yaşayan azərbaycanlı xanımları, Niderlandda fəaliyyət göstərən “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun üzvlərini göstərmək olar. Amerika Azərbaycanlıları Mədəniyyət Alyansı və Hyuston-Azərbaycan məktəbinin təşkil etdiyi tədbirdə şəhərin azərbaycanlı və digər dost xalqların içmalarının 200-də çox nümayəndəsi iştirak edib. Onlar milli mətbəx nümunələrini hazırlamaqla ianə toplayan azərbaycanlı xanımların fədakarlığını və xoş niyyətini yüksək qiymətləndiriblər. Toplanan vəsait Azərbaycanın cəbhəyanı ərazilərində yaşayan vətəndaşların və şəhid ailələrinin ehtiyaclarına yönəldilib.

“Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”nun üzvləri də  cəbhəyanı zonada yaşayan insanlara və şəhid ailələrinə 100 qutudan ibarət yardım göndəriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*