Xark adası yaxınlığında İran tankerinə raket zərbəsi backend

Xark adası yaxınlığında İran tankerinə raket zərbəsi 

İranın Xark adası yaxınlığında neft tankerinin raketlə vurulduğu bildirilir.

KONKRET.az xəbər verir ki, “Daneşcu”nun məlumatına görə, İran tankerinə ABŞ qüvvələri tərəfindən raket zərbəsi endirilib. Hadisə Xark adası yaxınlığında baş verib.

İran mediasının yaydığı ilkin məlumatlara əsasən, tanker ABŞ qüvvələrinin raket hücumunun hədəfi olub. Hadisədən sonra ərazidə partlayış səsləri eşidilib.

Hücum nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*