Xarkovda evə mərmi düşdü, 4 nəfər öldü – FOTOLARbackend

Xarkovda evə mərmi düşdü, 4 nəfər öldü - FOTOLAR

Martın 9-dan 10-na keçən gecə Ukraynanın Xarkov vilayətində Slobojanskoye kəndində evə mərmi düşüb.

KONKRET.az “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayıb.

Nəticədə evdə olan 2 qadın və 2 uşaq həlak olub, 5 yaşlı bir uşaq isə yaralansa da, sağ qalıb.

Bununla yanaşı, gecə Xarkovun mərkəzində yerləşən “Nikolski” ticarət mərkəzinə mərmi düşüb, binada yanğın başlayıb.

Yanğınsöndürənlər 3 saatlıq əməliyyatdan sonra yanğını söndürməyə nail olublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*