Xarkovda televiziya qülləsinə hücum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinegubov məlumat verib. O bildirib ki, Xarkovda rusların hücumu nəticəsində televiziya qülləsi zədələnib, televiziya yayımı dayandırılıb.
“Xarkovda Rusiya düşməninin hücumu nəticəsində teleqüllə zədələnib. Televiziya yayımı müvəqqəti olaraq dayandırılıb”, – deyə o qeyd edib.
Sinequbovun sözlərinə görə, hələlik heç bir siqnal yoxdur, mütəxəssislər bərpa üzərində işləyəcəklər, bu barədə sonra məlumat veriləcək.
Xuraman Etibarlı,
KONKRET.az
