Xədicə İsmayılın müxbirindən etiraf: “Seçkidə heç bir məhdudiyyət yaradılmır” – VİDEObackend

Xədicə İsmayılın müxbirindən etiraf: “Seçkidə heç bir məhdudiyyət yaradılmır” - VİDEO

Toplum TV”-nin əməkdaşı canlı yayım zamanı seçkidə heç bir məhdudiyyətin qoyulmadığını etiraf edib.

KONKRET.az xəbər verir ki, canlı yayıma çıxan müxbir Gülyetər Mahmudova jurnalistlərin fəaliyyətinə maneələrin yaradılmadığını bildirib.

“Bir az öncə 13 saylı məntəqədəyik. Heç bir maneə törətmədilər. Əksinə, rahat şəkildə çəkiliş aparmağımıza şərait yaradıldı”, – müxbir bildirib.

Qeyd edək ki, “Toplum TV”-nin seçkiləri sabotaj etmək, qondarma “saxtakarlıq” görüntüləri yaratmaq planlarının olduğu haqda məlumatlar var. Bu prosesə Xədicə İsmayıl rəhbərlik edir. Lakin “Toplum TV”-nin öz əməkdaşı heç bir problemin yaranmadığını, heç bir məhdudiyyətin qoyulmadığını etiraf edir. Yəqin ki, Xədicə İsmayıl müxbirinin hər şeyi etiraf edəcəyini bilsəydi, onun canlı yayıma çıxmasına imkan verməzdi.Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*