Xəstələnənlərin sayı artır – Səbəb korona tipli yeni virusdur, yoxsa?…backend

Xəstələnənlərin sayı artır - Səbəb korona tipli yeni virusdur, yoxsa?..

“Son günlər xəstələnənlərin sayının artması yeni virusla deyil, mövsümi qriplə bağlıdır. Hər il qış mövsümündə qrip virusunun yayılması müşahidə olunur və xəstəliyin gedişi virus ştammlarından asılı olaraq fərqlənir”.

Bu fikirləri Pulmonoloq-həkim Əsəd Beydullayev KONKRET.az-a açıqlamasında səsləndirib:

Əsəd Beydullayev

“Bəzi illərdə qrip daha çox mədə-bağırsaq əlamətləri ilə, bəzi hallarda isə pnevmoniya və yuxarı tənəffüs yollarının zədələnməsi ilə müşayiət olunur. Bu il isə əsasən öskürək, bronxit və üst tənəffüs yollarının iltihabı halları üstünlük təşkil edir”.

Ə.Beydullayev qeyd edib ki, hazırkı vəziyyət koronavirus tipli yeni bir virusun yayılması ilə əlaqəli deyil:

“Qripin yayılmasının əsas səbəbi soyuq hava deyil. Qış aylarında insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi yoluxmanı artırır. Xəstə şəxslər başqalarını yoluxdurmamaq üçün maskadan istifadə etməli, gigiyena qaydalarına əməl etməlidirlər”.

Mütəxəssis hesab edir ki, havaların isinməsi ilə, xüsusilə mart ayından etibarən yoluxma sayında tədricən azalma müşahidə olunacaq.

Həkim həmçinin aktiv həyat tərzinin, sağlam qidalanmanın və xəstəlik zamanı sosial məsafənin qorunmasının viruslardan qorunmaq üçün vacib olduğunu vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*